Suriyanın əli qanlı diktatoru Bəşər Əsəd Qarabağ savaşında Ermənistanı dəstəklədi - Açıqlama

  • 22:01 - 30 Sentyabr

Suriya diktatoru Bəşər Əsədin müşaviri Bussein Shaaban, Əsəd rejiminin Qarabağ savaşında Ermənistana dəstək verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, bu haqda Rusiya mediası məlumat yayıb. 

Qeyd edək ki, Ermənistan İran və Rusiya ilə birgə Suriyadakı vətəndaş müharibəsində 300 mindən çox mülki şəxsi qətlə yetirmiş Bəşər Əsəd rejimini dəstəkləyir. Hətta, Ermənistanın Əsəd rejiminə dəfələrlə silah-sursat göndərməsi faktları da var. Eyni zamanda, Ermənistandan getmiş və orada yaşayan ermənilərin terror təşkilatı qurduğu və PKK, eləcə də rejim səflərində vuruşduqları da bilinən həqiqətdir. 

Həmin ermənilərin PKK terrorçuları ilə birgə Qarabağa gətirildiyi və Azərbaycana qarşı vuruşduqları haqda da məlumat var. Eyni zamanda Türkiyə mediasında Bəşər Əsəd səflərində vuruşan muzdlu terrorçuların Qarabağa, ermənilərə kömək üçün gətirildiyi də qeyd olunur. 


Oxunma sayı: 31813

Oxşar yazılar