Ermənilərə dair videogörüntülər: təlaş, hərcmərclik, qeyri-müəyyənlik, səmaya hədəfsiz atəşlər - VİDEO
- 18:09 - 30 Sentyabr
Qarabağda bütün cəbhə boyunca gedən döyüşlərə dair maraqlı videogörüntülər yayılmaqdadır.
Ermənistan ordusunun hərbi birləşmələrinin səngərdə və istehkam arxasındakı davranışlarını əks etdirən videolarda gerçək durumun nədən ibarət olduğu aydın görünür: tam başıpozuqluq, hərc-mərclik, heyvani vahimə, zərbənin haradan endiriləcəyini, necə olacağını bilməmək əndişəsi, səmaya açılan hədəfsiz atəşlər...
Başlarına Azərbaycan artilleriyaçıları tərəfindən od yağdırılan ermənilər yalnız illərlə qurub möhkəmləndirdikləri, Çin səddinə oxşayan bəndlərin arxasında, dərin bunkerlərdə daldalanmaqla şiddətli atışmaların səngiməsini gözləyirlər.
Onlar bu hərbi təzyiqə çox dözə bilərlər iki, ya üç gün. Sonra hansının gümanı hansı minik vasitəsinə çatacaqsa, ona da minib qaçaqlar – o da onları səmadan izləyən “Harop”lardan qaça bilsələr.
Ermənilərin qurduğu “kitayski” səddin dağılmağına bir şey qalmayıb. Vur, komandir, vur.