Azərbaycan Prezidenti: “Bizim əsgərlər xilaskar, erməni əsgərləri işğalçı əsgərlərdir”

  • 16:39 - 30 Sentyabr

“Azərbaycan öz doğma torpağında vuruşur, siz haqq yolunda yaralanmısınız”.

Avropa.info-nun məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib.

Dövlət başçısı deyib ki, bizim əsgərlərimiz xilaskar əsgərlərdir: “Bizim əsgərlər xilaskar əsgərlər, erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin, Azərbaycanın torpağında ölür”.


Oxunma sayı: 5820

Oxşar yazılar