Gürcüstan baş nazirindən Azərbaycan və Ermənistana dialoq təklifi

  • 16:15 - 30 Sentyabr

Gürcüstanın baş naziri Georgi Qaxariya hərbi münaqişəyə son qoymaq üçün Azərbaycan və Ermənistana Tbilisidə danışıqlar aparmağı təklif edib.

Avropa.info xəbər verir ki, təklifdə deyilir:

"Regionda ən qısa müddətdə sülh yaratmaq bizim ümumi maraqlarımız çərçivəsindədir. Gürcüstan hər hansı bir formatda bu prosesə töhfə verməyə hazırdır, o cümlədən dialoq aparmaq üçün Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin görüşünü keçirməyə hazırdır".

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasındakı hərbi qarşıdurma nəticəsində çətin vəziyyət yaranıb, çox sayda itki var, döyüş əməliyyatlarının dayandırılması və dialoqun bərpası hələ baş verməyib.

Qaxariya vəziyyətin kəskinləşməsinin bütün regionun təhlükəsizliyinə mənfi təsir göstərəcəyini qeyd etdi.


Oxunma sayı: 4357

Oxşar yazılar