Ersin Tatar Ankarada Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti ilə görüşdü

  • 15:57 - 30 Sentyabr

Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ersin Tatar Ankarada Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuat Oktay ilə bir araya gəlib. 

Avropa.info xəbər verir ki, Tatar və Oktay görüşdən sonra ortaq bir mətbuat konfransı keçirib.  

Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Fuat Oktay, Baş nazirin Tatarla keçirdiyi görüşdə Şərqi Aralıq dənizi və regional mövzuların da müzakirə edildiyini qeyd edib. 

“Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) suveren hüquqlarından istifadə etməsi bizim üçün son dərəcə vacibdir. Şimali Kipr Türk Cümhuriyyəti suveren hüquqlarından imtina edə bilməz. Bu mövzuda heç bir güzəşt edilə bilməz” deyə çıxış etdi. Tatar, Şərqi Aralıq dənizində baş verən hadisələrə də toxundu və Şimali Kipr Türk Cümhuriyyətinin burada status alaraq mövzunun tərəflərindən biri olduğunu və bunun qürur mənbəyi olduğunu söylədi. Tatar, Kipr adasının illərdir suverenlik uğrunda mübarizə apardığını qeyd edərək, bunları dedi: “Şərqi Aralıq dənizindəki inkişaflara bağlı olaraq, bizlər artıq Kiprdə suveren bərabərlik əsasında bir razılaşmanın tərəfdarı olduğumuzu ifadə edirik. Tarixən həmişə, federal əsaslı bir razılaşma üçün siyasi bərabərlik baxımından danışıqlar prosesi aparıldı. Federal əsasda razılaşma artıq çox ümid vermir, çünki belə bir razılaşmanın məzmununa baxdığınız zaman Kiprli Rumlarla ortaqlıq, bu ortaqlıqdakı problemlər, Kipr Türk xalqının zərər görməsi və bəzi təhlükəli proseslər ortaya çıxır. Artıq biz Şərqi Aralıq dənizindəki inkişaflara əsaslanan yeni formalaşmada suveren bərabərlik əsasında öz dövlətimizə sahib çıxmaq, onu yaşatmaq və Türkiyə ilə əlaqələrimizi eyni şəkildə davam etdirmək istəyirik”,-deyə Fuat Oktay bildirib.


Oxunma sayı: 5413

Oxşar yazılar