Cavuşoğlu "Azərbaycan nə istəyirsə, necə istəyirsə, yanındayıq" mesajını tam mənası ilə açıqladı

  • 15:12 - 30 Sentyabr

"Azərbaycan (erməni işğalı problemini) ərazidə həll etmək istəyirsə, biz Azərbaycanın yanında olacağıq".

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı danışarkən deyib.

Ermənistanın Azərbaycana qarşı başlatdığı hücuma dünyanın necə reaksiya verdiyi və Ermənistanın məqsədlərinin nə olduğu ilə bağlı suala Çavuşoğlu, Ermənistanın Qarabağ probleminin 30 ildir həll olunmaması səbəbi ilə cavabını verib.

Çavuşoğlu bildirib ki, son hücumlarda Ermənistanın Minsk Qrupu və ATƏT-in çətiri altındakı səyləri və BMT-nin çox sayda qətnamələrini tanımadığına işarə edərək, Ermənistan bu hücumları ilə "Beynəlxalq sistemi və hüququ heçə sayıram" deyir. "Bunun da cavabı olmalıdır",- deyə Çavuşoğlu qeyd edib.

Ermənistanın problemləri diplomatiya və müzakirələrlə həll etmək istəmədyini, işğal etdiyi 20 faiz Azərbaycan torpaqlarında daha çox istədiyini, bunu iyul ayında Tovuza etdiyi hücumla göstərdiyini qeyd edən Çavuşoğlu, buranın kritik bir bölgə, Bakı-Tiflis-Qars dəmir yolu və əhəmiyyətli neft kəməri xətlərinin keçdiyi bir ərazi olduğuna işarə edib.

Çavuşoğlu, bu sistematik və planlı hücumun qarşısının aldığını, Azərbaycanın cavab atəşi açdığını və Rusiyanın dövriyyəyə girməsi ilə atəşkəsin təmin olunduğunu xatırladıb.

Ermənistanın son hücumları ilə atəşkəsi tanımadığını ifadə edən Çavuşoğlu sözlərinə belə davam edib:

"Danışdığımız hər kəsə eyni şeyi soruşuruq. İyul ayında da çox güclü bir xəbərdarlıq etdik Ermənistana: Ağlını başına topla! Biz bütün imkanlarımızla Azərbaycan nə istəyirsə, Azərbaycanın yanındayıq. Ermənistanın bu hücumları cavabsız qalmayacaq. Azərbaycan da ərazidə Ermənistana gərəkli cavabı verdi. Yaxşı, bütün bu xəbərdarlıqlara baxmayaraq, ermənilər bu cəasrəti haradan alırlar? Bu sualı hər kəsə veririk. Lavrovdan da soruşduq. Digər nazirlərlə də görüşməyə davam edəcəyik. Ərazidə və danışıqlar masasında Azərbaycanın yanındayıq, deyirik və bu, boşuna deyilmiş bir söz deyil, səylərimizi davam etdiririk". 

Türkiyənin "Azərbaycan nə istəyirsə, necə istəyirsə, yanındayıq" ifadəsinin tam olaraq hansı məna daşıdığı sualına Çavuşoğlu Qarabağ probleminin həlli üçün beynəlxalq ictimaiyyət və Minsk Qrupunun qəti bir addımı olmadığına diqqət çəkib. 

Çavuşoğlu Türkiyənin Rusiya ilə Suriyada etdiyi əməkdaşlağın oxşarını bu sahəyə də əks elətdimək istədiyini və bu çərçivədə ikitərəfli görüşlər keçirildiyini bəyan edərək, Prezident Ərdoğanın Putinə təkliflərinin olduğunu, Lavrovla görüşlər keçirdiklərini deyib: "Lakin istər ikitərəfli, istərsə də çoxtərəfli görüşlər olsun, bu problem həll edilmədikcə Ermənistan cəsarətlindirir və hücuma keçir". 

Bu problemin artıq həllinin vacibliyini vurğulayan Çavuşoğlu, beynəlxalq istimaiyyətin "atəş dayansın" mesajı verdiyinin xüsusi qeyd edərək bu sözləri deyib:

"Ermənistana Azərbaycan torpaqlarından çəkil, deyirsənmi? Xeyr, demirsən. Bu, doğru yanaşma deyil. Diplomatik yolla həll ediləcəksə, biz yenə Azərbaycanın hüquqlarını danışıqlar masasında müdafiə edəcəyik. Amma diplomatik yolu ilə problem bu günə qədər həll edilmədi. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir. Dünyanın harasında işğalçı ilə torpaqları işğal edilənə eyni münasibət göstərilir?"

Çavuşoğlu Ukrayna, Krım və Gürcüstanda bunu edilmədiyini qeyd edərək, "Azərbaycan problemi hərbi əməliyyatlarla həll etmək istəyirsə, biz Azərbaycanın yanında olacağıq" ifadələrini işlədib.


Oxunma sayı: 5809

Oxşar yazılar