Ermənistan dağa çırpılan SU-25 təyyarəsinin görüntülərini yaydı – FOTO

  • 13:25 - 30 Sentyabr

Ermənistan dünən qəzaya uğrayan SU-25 döyüş təyyarəsinin görüntülərini yayıb.

Avropa.info xəbər verir ki, hadisə zamanı Ermənistan Hərbi Hava Qüvvələrinin pilotu, mayor Valeri Danelin həlak olub.

Qeyd edək ki, ermənilər dünən bir ədəd SU-25 təyyarələrinin türk F-16 təyyarəsi tərəfindən vurulması barədə xəbər yaymışdılar.

Azərbaycan və Türkiyə rəsmiləri xəbəri cəfəngiyat adlandıraraq, təkzib etmişdilər.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın iki SU-25 təyyarəsinin dağa dəyərək partladığını deyib.


Oxunma sayı: 16699

Oxşar yazılar