"Erməni cinayət, İran xəyanət edir" – Güney azərbaycanlı aparıcı

  • 12:23 - 30 Sentyabr

Erməni cinayət, İran xəyanət edir

Avropa.info-nun məlumatına görə, bunu cənubi azərbaycanlı, təbrizli aparıcı təqdim etdiyi xəbərlər verilişində deyib. O bildirib ki, İran ərazisindən Ermənistana döyüş texnikası daşınır.

"Gözlərimiz önündə İran və Rusiya öz torpaqlarımızdan nizami-təchizat göndərməklə qardaş və bacılarımızı şəhid edirlər. Düşmən xain təxribatları ilə qürurumuzun tapdaq altında qalmasını arzu edir. Bunu son günlər Tehran hakimiyyəti açıqca sərgiləyir".

Aparıcı bu səbəbdən etiraz məqsədi ilə "Qarabağ bizimdir, bizim olacaq, erməni cinayət edir, İran xəyanət edir" şüarını səsləndirəcəklərini söyləyib. O bildirib ki, bu şüarları koronavirusa görə bir yerə toplaşmadan, evdən səsləndirəcəklər.


Oxunma sayı: 7789

Oxşar yazılar