Xankəndi xəstəxanaları meyitlərlə doldu – Yaralı erməni əsgərlər İrəvana daşınır

  • 11:49 - 30 Sentyabr

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə düşmən böyük itkilər verməkdədir. 

Avropa.info Baku.ws-ə istinadən xəbər verir ki, artıq vəziyyət o həddə çatıb ki, Xankədidəki xəstəxanalarda yer tapılmır. 

Tibbi ləvazimatları və qan ehtiyatı azaldığı üçün ölkə üzrə hər kəs səfərbər olub. Ancaq Dağlıq Qarabağdakı xəstəxanalar yaralı erməni əsgərlərlə tam dolub. Xəstəxanaların dəhlizlərində belə yaralı və meyit əlindən tərpənmək olmur. Erməni hərbçilərinin meyitləri yük maşınları ilə hospitallara çatdırılır.  

İrəvana gətirilən yaralı əsgərlərin sayının durmadan artması itkilərin nə qədər böyük olduğundan xəbər verir. Erməni qadınlar isə xəstəxanalar qarşısında oturub ölən erməni əsgərlər üçün ağlayırlar.  

Qeyd edək ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqələri, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.


Oxunma sayı: 5468

Oxşar yazılar