Beyrutda daha bir dəhşətli partlayış baş verə bilər – Netanyahu

  • 11:45 - 30 Sentyabr

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə 15 sentyabrda imzaladığımız münasibətləri normallaşdırma müqaviləsindən sonra başqa ərəb və müsəlman ölkələrinin də İsraillə sülh müqaviləsi imzalayacağına inanıram.

Avropa.info xəbər verir ki, bu sözləri İsrail baş naziri Benyamin Netanyahu deyib. 

Livanın paytaxtı Beyrutda Hizbullaha məxsus gizli silah anbarının yerinin göstərildiyi xəritəni nümayiş etdirən Netanyahu bu sözləri deyib:

“Beyrut limanında keçən ay dəhşətli partlayışın şahidi olduq. Növbəti partlayış burada (xəritədə göstərdiyi yer) baş verə bilər. Beyrutun Cenah məhəlləsindəyerləşən bu yerdə Hizbullaha məxsus gizli silah anbarı var. Cenah sakinləri dərhal hərəkətə keçməlidir. Buna etiraz etməlisiniz, çünki burada partlayış olarsa, başqa faciə baş verə bilər”.


Oxunma sayı: 4346

Oxşar yazılar