Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

  • 11:45 - 30 Sentyabr

Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb, media nümayəndələrinin işləməsi üçün bütün lazımi şərait yaradılıb.

Avropa.info-nun məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, otaqların birində jurnalistlərin işləməsi üçün kompüterlər quraşdırılıb, bir otaq fotostudiya kimi fəaliyyət göstərəcək, digər otaq isə brifinqlər və müsahibələrin alınması üçün nəzərdə tutulub.

Spiker deyib ki, Milli Məclis jurnalistlərin fəaliyyətini yüksək dəyərləndirir: “Əslində jurnalistlər üçün yeni otaqların yaradılması çoxdan nəzərdə tutulurdu, lakin koronavirus pandemiyası səbəbindən müəyyən ləngimələr oldu. Otaqlar artıq hazırlanıb və istifadəyə tam hazırdır. Jurnalistlər həmin otaqlardan sərbəst şəkildə iştifadə edəcəklər”.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək jurnalistlər üçün yaradılan şəraiti yüksək dəyərləndirib. Qeyd edib ki, bu yenilik KİV nümayəndələrinin parlamentin işini daha geniş və keyfiyyətli işıqlandırmasına müsbət təsir göstərəcək.


Oxunma sayı: 3158

Oxşar yazılar