Madagiz istiqamətində əks-həmlə əməliyyatı keçirilir

  • 10:13 - 30 Sentyabr

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.


Oxunma sayı: 4280

Oxşar yazılar