Cavaxetiya erməniləri Gürcüstan-Türkiyə yolunu bağladılar - Bölgəyə polis cəlb olundu

  • 01:05 - 30 Sentyabr

Sentyabrın 29 -da axşam saatlarında Axalkalaki bələdiyyəsinin Kartsax kəndində Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilər Gürcüstan-Türkiyə beynəlxalq magistral yolunu bağlayıblar. 

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, yolu bağlayan ermənilər yük maşınlarının hərəkətinə mane olublar. Ermənilər iddia ediblər ki, guya "Türkiyə bu yolla Azərbaycana silah göndərir." 
 

Bölgəyə gürcü polisi cəlb olunub və Kartsaxdakı gərginlik azalıb. Yol demək olar ki açıqdır. Gürcüstan parlamentinin erməni əsilli deputatı Samvel Manukyan, eləcə də parlamentin keçmiş deputatı Samvel Petrosyan hadisə yerinə gəlib. Kəndə polis qüvvələri cəlb olunub.

"Ermənistan-Gürcüstan sərhədi açılmayana qədər, köməyimiz Ermənistana çatacaq qədər, Türk yük maşınları Gürcüstana girməyəcək" deyərək yolu bağlayan Cavaxkilar deyirlər.


Oxunma sayı: 18426

Oxşar yazılar