
Erməni generalı və zabitlərinin olduğu bunker məhv edildi - FOTO
- 00:24 - 30 Sentyabr
Azərbaycan Ordusunun dəqiq zərbəsi nəticəsində yüksək rütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, zərbə "Harop" dağıdıcı dronu vasitəsilə endirilib.
Məlumata görə, bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəliləri olub.
- "Zərbənin miqyası bunkerdən kimsənin sağ qurtula bilmədiyini göstərir", - deyə, mənbə əlavə edib.
