Tərtərdə daha bir erməni vəhşiliyi - tibb bacısı öldürüldü (FOTOLAR)

  • 23:46 - 29 Sentyabr

Sentyabrın 29-da düşmənin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsi 13 ünvanına düşüb.

Musavat.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, həmin vaxt 1965-ci il təvəllüdlü Ayna Mehdiyeva həyətdə olub.

Mərmi qəlpələri Ayna Mehdiyevanın baş nahiyəsinə dəyib və o, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Düşmən günlərdir ki, Tərtər şəhəri və ətraf kəndləri atəş altında saxlayır. Dinc sakinlərin evlərinin ağır silahlardan atəşə tutulması nəticəsində son 2 gündə Tərtər şəhəri və ətraf kəndlərdə 5 vətəndaşımız dünyasını dəyişib, 10 nəfər yaralanıb.

Musavat.com


Oxunma sayı: 24366

Oxşar yazılar