Erməni əsgərləri səngərdə belə ağlayırlar : "Bizi tək qoydular..." - VİDEOFAKT

  • 22:52 - 29 Sentyabr

"Caliber” "YouTube” kanalı Qarabağdan, müharibə zonasından yeni video görüntülər yayımlayıb.

Görüntülərdə səngərdən başını qaldırmağa imkan tapmayan erməni əsgərləri yer alıb. Əsgərlərdən birinin "GoPro” kamerası ilə çəkildiyi ehtimal olunan videoda onun həyəcanla və təlaşla "Bizi burda tək qoyublar” deyə qışqırması əks olunub.

Onun digər əsgər yoldaşı isə əlləri ilə qulaqlarını tutaraq ağlayır.

Qeyd edək ki, Azərbaycan Ordusu sentyabrın 27-dən erməni ordusunun növbəti hücumuna cavab olaraq əks-hücuma keçib.

Rəşadətli ordumuz düşmənə sözün əsl mənasında qan uddurur. Artıq erməni əsgərləri səngərdən qaçır, döyüş zamanı silahı ataraq, başını tutub yalvarır və "bizi tək qoydular" deyib, təşviş içində bağırır. Həmin anlarda isə müzəffər Azərbaycan əsgərləri onlara atəş açır.

Sözügedən videonu təqdim edirik:


Oxunma sayı: 25807

Oxşar yazılar