Osmanlı sultanı 2-ci Abdulhəmid Xanın nəvəsindən Azərbaycana dəstək : "Qanımın son damlasına qədər Qarabağ üçün savaşa hazıram"

  • 20:55 - 29 Sentyabr

Osmanlı Sultanı 2-ci Abdulhəmid Xanın nəvəsi Kayıxan Osmanoğlu Azərbaycana hücum edən Ermənistanı sərt bir şəkildə tənqid edib. 

Avropa.info xəbər verir ki, Kayıxan Osmanoğlu işğalçı Ermənistanı Azərbaycan torpaqlarını tərk etməyə çağırıb.

"Ermənistana işğal etdiyi torpaqlardan şərtsiz bir şəkildə çəkilməsini, qonşuluq hüququna uyuşmayan davranışlardan vaz keçməsini, bəzi dövlətlərin oyununa gəlməmələrini və tarixdən dərs almalarını bir Osmanlı nəvəsi olaraq xatırladıram. Bir Osmanlı nəvəsi olaraq qanımın son damlasına qədər qardaş Azərbaycanın yanında olduğumu ifadə etmək istəyirəm. Bu mənfur hücumda şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfa diləyirəm. Ermənilər Azərbaycan torpaqlarından çıxsınlar, bizi ayağa qaldırmasınlar. Biz geriyə dönsək, siz dəliyə dönərsiniz" - Kayıxan Osmanoğlu belə deyib.


Oxunma sayı: 8801

Oxşar yazılar