Gürcüstanın ədliyyə naziri vəzifəsini tərk edir

  • 21:55 - 29 Sentyabr

Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani vəzifəsindən gedir. 

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb nazirin parlament seçkiləri ilə bağlı kampaniyaya cəlb olunmasıdır. 

Nazir oktyabrın 1-dən etibarən seçki kampaniyasında iştirak edəcək. 

Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. T.Tsulukiani hakim Gürcü Arzusu Partiyasının seçki siyahısında 4-cü yerdədir. 


Oxunma sayı: 3906

Oxşar yazılar