BVF 81 ölkəyə kredit ayırır

  • 21:12 - 29 Sentyabr

Beynəlxalq Valyuta Fondu (İMF) COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmaq üçün 81 ölkəyə 100 milyon ABŞ dollarına yaxın kredit ayırıb. 

“Report” xəbər verir ki, bu barədə pandemiya və postpandemiya dövründə dünyada inkişafa maliyyə dəstəyi məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüş zamanı İMF-nin icraçı direktoru Kristalina Georgiyeva bildirib. 

“Hazırda İkinci Dünya müharibəsindən sonrakı dövrün ən güclü sarsıntısını yaşayırıq və bundan sonra hara gedəcəyimiz çox mühümdür. Çin və inkişaf etmiş ölkələr ilin ikinci rübündə gözlədiyimizdən daha yüksək nəticələr göstərib. Dünya iqtisadiyyatının, dünya ticarətinin dirçəlməsinə dair əlamətləri sezirik”, - o deyib. 

İMF rəhbəri bunların yalnız bütün ölkələrin cəsarətli addımları sayəsində mümkün olduğunu diqqətə çatdırıb. 


Oxunma sayı: 7723

Oxşar yazılar