Bakıda koronavirusla bağlı reyd keçirildi – Foto

  • 17:40 - 29 Sentyabr

Paytaxtda koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək virusa yeni yoluxma hallarına yol verməmək, bu virusla mübarizədə dövlətimiz tərəfindən əldə edilən müsbət dinamikanın qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunması üçün qapalı yerlərdə, ictimai nəqliyyatda nəzarət diqqət mərkəzində saxlanılır.

İctimai iaşə obyektlərində, mağazalarda, ictimai nəqliyyatda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmətin qəbul edilən sanitar-epidemioloji normalara uyğun qurulması və aparılması, sosial məsafənin təmin edilməsi, eləcə də qapalı yerlərdə tibbi maskadan istifadənin zəruriliyi bağlı profilaktik maarifləndirici söhbətlər aparırlar, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması ilə bağlı tövsiyələr verilir, qanunun tələbləri izah edilir. Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülür.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 2-si saat 6:00-dək uzadılıb.

 

 

 


Oxunma sayı: 3279

Oxşar yazılar