“Barış Pınarı” bölgəsində PKK terrorunun qarşısı alındı

  • 16:20 - 29 Sentyabr

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə Suriya Milli Ordusuna (SMO) bağlı təhlükəsizlik qüvvələrinin əməkdaşlığı nəticəsində Suriyanın Tel Abyad qəsəbəsində bir motosikletdə bomba mexanizmi aşkar edilib.

Avropa.info xəbər verir ki, şəhər mərkəzində bir çörək zavodunun yanında park edilmiş motosiklet təhlükəsizlik tədbirləri çərçivəsində mülki şəxslərdən uzaq bir yerə aparılıb.

Motosikletdəki mexanizm sapyor qrupları tərəfindən təsirsiz hala gətirilib.

Beləliklə, təhlükəsizlik qüvvələrinin diqqətli işi nəticəsində terror hücumunun qarşısı alınıb və motosiklet sahibi saxlanılıb.

Qeyd edək ki, Tel Abyad mahalı 2019-cu ilin oktyabr ayında həyata Türkiyənin həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə terror təşkilatı YPG/PKK işğaldan azad edilib.

Ancaq PKK bölgədəki sülh mühitini pozmaq üçün terror aktları törətməyə davam edir. 


Oxunma sayı: 4313

Oxşar yazılar