Döyüşə böyük coşqu ilə gedirlər: "Qələbə ilə qayıdacağıq" – Fotolar

  • 16:07 - 29 Sentyabr

Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir.

Avropa.info “Report”a istinadla xəbər verir ki, çəkiliş qrupu Dövlət Xidmətinin Bakıdakı bölmələrindən birində olub.

Döyüşə yola düşənlərin və onların yaxınlarının təəssüratları öyrənilib.

Cəbhə bölgəsinə göndərilən gənclər qələbə əzmi ilə yola düşdüklərini, onların yaxınları isə buna görə həm həyəcan, həm də qürur hissi keçirtdiklərini deyiblər.

 

 

 

 

 


Oxunma sayı: 8185

Oxşar yazılar