Müdafiə Nazirliyindən xəbərdarlıq: Ermənistandan gətirilən S-300 kompleksi anında məhv ediləcək

  • 15:27 - 29 Sentyabr

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq, işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir.

Bu sözləri Avropa.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır", -deyə o qeyd edib.


Oxunma sayı: 6678

Oxşar yazılar