Kreml Dağlıq Qarabağla bağlı mövqeyini açıqladı

  • 15:29 - 29 Sentyabr

Moskva gələcək addımları müəyyənləşdirmək üçün Dağlıq Qarabağda baş verənləri diqqətlə izləyir.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Təmas xəttində baş verənlər barədə bütün məlumatları toplayırıq. Bütün ortaya çıxan xəbərləri diqqətlə izləyirik, vəziyyəti təhlil edirik və bu informasiya əsasında gələcək mövqeyimizi formalaşdırmaq, ATƏT qrupundakı tərəfdaşlarımızla birlikdə növbəti addımlarımızı müəyyənləşdirmək üçün istifadə edirik" – Peskov deyib. 


Oxunma sayı: 13685

Oxşar yazılar