Daha 10 şagirddə koronavirus aşkarlandı – Rəsmi

  • 15:06 - 29 Sentyabr

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Avropa.info-ya bildirilib ki, sentyabrın 28-də 15 şagirdin , 1 işçi heyətin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıb. Distant təhbsilə keçirilmiş siniflərin sayı 7 olub.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 19 olub.


Oxunma sayı: 3367

Oxşar yazılar