Düşmən əsgərləri döyüşə girməkdən imtina edir, döyüşü tərk edir, qaçırlar – Müdafiə Nazirliyi

  • 14:32 - 29 Sentyabr

Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. 

Bu sözləri Avropa.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, düşmən ordusunun şəxsi heyəti təşviş içindədir: 

"Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər".


Oxunma sayı: 10979

Oxşar yazılar