Rusiyanın mövqeyi Dağlıq Qarabağ separatçılarını pərt edib

  • 14:03 - 29 Sentyabr

Qarabağ separatçıları Rusiyanın Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı mövqeyindən narazıdır və Moskvadan daha güclü dəstək gözləyirlər. 

Avropa.infio xəbər verir ki, bu açıqlama ilə “Dojd” telekanalında “DQR"in “xarici işlər naziri” Masis Mailyan çıxış edib.

Mailyan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi və ATƏT-in Minsk qrupunun həmsədri kimi daha balanslı mövqe tutmağa çalışdığını qeyd edib.

Diplomat Rusiyadan dəstək verilməməsindən məyus olduğunu gizlətməyib:

"Rusiya Ermənistanın müttəfiqi olmasına baxmayaraq, Türkiyə müttəfiqi Azərbaycana göstərdiyi kimi daha güclü dəstək gözləmək olar”

Masis Mailyan Qarabağ separatçılarının KTMT-dən kömək gözləmədiklərini də qeyd edib:

“Respublikamız Rusiya tərəfindən tanınmır. Bu mənada KTMT-dən kömək gözləmək lazım deyil, ancaq Rusiya bir vasitəçi olaraq, Cənubi Qafqazda böyük nüfuza sahib ölkə olaraq hərbi əməliyyatların dayandırılmasına töhfə verməyə çalışır”.


Oxunma sayı: 6359

Oxşar yazılar