Angela Merkeldən Azərbaycan və Ermənistana çağırış

  • 13:12 - 29 Sentyabr

Almaniya kansleri Angela Merkel Ermənistan və Azərbaycan liderlərinə dərhal atəşkəs elan etməyə və danışıqlar masasına qayıtmağa çağırıb. 

Avropa.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin məlumatında deyilir.

"Kansler Angela Merkel dünən Ermənistanın baş naziri Nikol Paşinyanla, bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdı. Danışıqlar zamanı Azərbaycanla Ermənistan arasındakı münaqişənin böyüməsi müzakirə edildi. Kansler dərhal atəşkəsin təmin edilməsinin və danışıqlar masasına qayıtmağın vacibliyini vurğuladı. ATƏT-in Minsk Qrupu bunun üçün uyğun format təklif edir. Qonşu ölkələr sülh yolu ilə həll olunmasına töhfə verməlidir " – məlumatda deyilir.


Oxunma sayı: 4577

Oxşar yazılar