“Acımız, davamız, sevdamız birdir” - Türkiyə klublarından dəstək mesajına davam

  • 13:11 - 29 Sentyabr

Türkiyə klublarının Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana dəstək mesajı davam edir. 

Avropa.info apasport.az-a istinadla bildirir ki, daha bir neçə klub sosial şəbəkə səhifələri vasitəsilə bununla bağlı paylaşım edib.

"Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"un ardından hazırda Super Liqanın liderlərindən olan "Fatih Karagümrük", həmçinin "Göztəpə", "Yeni Malatyaspor", "Ankaragücü", "Ərzurum BB", "Konyaspor", "Rizəspor" və "Bursaspor" da Azərbaycan ordusuna dəstək nümayiş etdirib.

Azərbaycan və Türkiyə bayraqlarının şəkillərinin paylaşıldığı mesajlarda "Qardaşımızın yanındayıq", "Bir millət, iki dövlət", "Can Azərbaycan", "Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik", "Acımız, davamız, sevdamız birdir bizim", - kimi fikirlərə yer verilib.


Oxunma sayı: 4764

Oxşar yazılar