Ermənistandan mülki əhaliyə qarşı atəşi dayandırmasını tələb edirik - XİN

  • 12:45 - 29 Sentyabr

“Ermənistandan mülki əhaliyə qarşı atəşi dayandırmasını tələb edirik”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib.

O, beynəlxalq təşkilatları erməni tərəfinin bu addımlarını kəskin şəkildə qınamağa çağırıb.

“Eyni zamanda, beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüququn prinsiplərinə əməl etməsini təmin etməyə çağırırıq”, - XİN rəsmisi vurğulayıb.


Oxunma sayı: 8086

Oxşar yazılar