"Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir” - Müdafiə Nazirliyi

  • 11:43 - 29 Sentyabr

"Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir” 

Avropa.info xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. 

O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb: "Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".


Oxunma sayı: 3246

Oxşar yazılar