İslam Əməkdaşlıq Təşkilatından Azərbaycana dəstək - Bəyanat

  • 10:42 - 29 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana hücumlarını pisləyən bəyanat yayıb. 

Avropa.info xəbər verir ki, İƏT-dən yayılan yazılı açıqlamada Ermənistanın atəşkəsi pozduğu, Azərbaycan torpaqlarına hücumlar etdiyi və bunun mülki şəxslərin həyatını itirməsinə səbəb olduğu bildirilir.

İƏT-in bəyanatında Ermənistanın Azərbaycana hücumunu şiddətlə qınadığını və Azərbaycan xalqının yanında olduğunu qeyd edilir. 

Ürmənistanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarından dərhal çəkilməsini istəyən İƏT, problemin Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək siyasi yollarla həll edilməsini tələb edib. 


Oxunma sayı: 1442

Oxşar yazılar