Ermənistan Qarabağda məhv edilmiş hərbçilərinin yeni sayını açıqladı - Ölənlər içində 2 snayperçi qadın da var

  • 01:31 - 29 Sentyabr

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusu tərəfindən məhv edilən daha 26 hərbçinin adını açıqlayıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Qeyd edək ki, 28 sentyabrda işğalçı ölkə rəsmən 28 hərbçi itirdiyini elan etmişdi, bununla da ümumi itki sayının 59 olduğunu bildirmişdi. Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanın 550-dən artıq itki verdiyini bəyanlamışdı.

Bu dəqiqələrdə düşmənlər növbəti “qara siyahı”nı açıqlayıblar. Bildirilib ki, Qarabağ cəbhəsində Azərbaycan ordusu tərəfindən məhv edilənlərin ümumi sayı 84 nəfərdir. İrəvan ölənlər arasında müqavilə ilə xidmət edən iki qadının – İrina Musaelyan və Asmik Arzumanyanın (snayper qadınlar-red.), həmçinin könüllü Robert Petrosyanın olduğunu da bəyan edib.

Ermənistan yaralıların sayının 200 olduğunu açıqlasa da, onların sayının qat-qat artıq olduğu yayılan kadrlardan da aydındır. Həmçinin işğalçı ölkə məhv edilən terrorçuları gizlədir. Odur ki, düşmənin itkilərinin xeyli çox olduğuna şübhə yoxdur.


Oxunma sayı: 14862

Oxşar yazılar