Ərdoğan Consonla Qarabağdakı vəziyyəti müzakirə etdi

  • 01:00 - 29 Sentyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, tərəflər başda Şərqi Aralıq dənizi regionundakı vəziyyət və Ermənistanın Azərbaycana hücumu nəticəsində regionda yaranan gərginlik olmaqla regional məsələlər müzakirə ediblər.

Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan qarşıdurmalara toxunan Rəcəb Tayyib Ərdoğan, bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalı olduğunu qeyd edib.

virtualaz.orq


Oxunma sayı: 1981

Oxşar yazılar