Türkiyə parlamentindən Azərbaycana dəstək bəyanatı : PKK terror təşkilatının siyasi qolu HDP bəyanatı imzalamadı

  • 20:26 - 28 Sentyabr

Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan Ədalət və İnkişaf Partiyası (AK Partiya), Millətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən birgə bəyanat imzalayıblar.

Avropa.info xəbər verir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları pislənilib, haqsız işğalın sonlandırılması üçün BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinə müvafiq olaraq sülh həllinə dəstək ifadə olunub.

Bəyanat müəllifləri Azərbaycanın qanuni özünümüdafiə hüququnu möhkəm dəstəklədiklərini vurğulayıblar.

“Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik rayonları 30 ildən çoxdur ki, işğal altındadır. BMT Təhlükəsizlik Şurasının və ATƏT-in müvafiq qətnamələrini dəstəklədiyimizi bildiririk. Beynəlxalq ictimaiyyəti Ermənistanın işğalı və məsuliyyətsiz hücumları fonunda Azərbaycanı dəstəkləməyə çağırırıq. Türkiyə parlamenti qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, PKK terror təşkilatının siyasi qolu olan HDP bəyanatı imzalamayıb.


Oxunma sayı: 6788

Oxşar yazılar