Belarus XİN-dən Azərbaycan və Ermənistana çağırış

  • 17:48 - 28 Sentyabr

Belarus Qarabağ münaqişəsinin sülh yolunun həllinin tapılması üçün tərəflərə hər cür yardım göstərməyə hazırdır.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Belorus XİN çıxış edib.

“Biz nəinki çağırırıq, həm də səmimi qəlbdən hər iki tərəfdaşımızdan - Azərbaycan və Ermənistandan hərbi əməliyyatları dayandırmağı, silah həll yolundan imtina etməyi və ATƏT-in Minsk qrupu daxilində vəziyyəti sülh yolu ilə həll etməyin yollarını tapmağı xahiş edirik. Tərəflər arasında dialoqun bu və ya onlar üçün məqbul olan digər formatlarda inkişafı üçün istənilən lazımi səyi göstərmək hazırlığımızı təsdiq edirəm” – Belarus XİN-nin bəyanatında deyilir. 

Mesajda əlavə olaraq rəsmi Minskin vəziyyətin kəskin gərginləşməsindən, ağır silah və aviasiyadan istifadə ilə aktiv döyüş əməliyyatlarından keçirilməsindən narahat olduğu bildirilir.

Belarus nazirliyinin nümayəndələri Dağlıq Qarabağda qan tökülməsinin ən qısa müddətdə dayandırılmasını və yeni qurbanların qarşısını alınmalı olduğunu vurğulayırlar.


Oxunma sayı: 4731

Oxşar yazılar