Fəaliyyətinə icazə veriləcək sahələrin siyahısı məlum oldu

  • 17:45 - 28 Sentyabr

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısı məlum olub.

Avropa.info-nun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Hərbi vəziyyət elan edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, aşağıdakı sahələrin fəaliyyətinə icazə veriləcək:

- Səhiyyə və sosial sahə üzrə:

xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;

- İnfrastruktur sahəsi üzrə:

kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);

elektrik enerjisinin istehsalı və təchizatı;

su təsərrüfatı və meliorasiya;

telekommunikasiya və rabitə xidmətləri.

- Nəqliyyat və logistika sahəsi üzrə:

hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;

dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

logistika xidmətləri;

ictimai nəqliyyatın fəaliyyəti.

- Əsas istehsalat növləri:

müdafiə sənayesi məhsullarının istehsalı;

neft avadanlıqları və qurğularının istehsalı;

qida məhsullarının və onlar üçün xammal istehsalı, qida

məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

kimyəvi məhsulların istehsalı;

kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;

neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi;

metallurgiya sənayesi üzrə fəaliyyət;

tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

qablaşdırma məhsullarının istehsalı;

maşın və avadanlıqların istehsalı;

elektrik avadanlıqlarının istehsalı;

kompüter, elektron və optik məhsulların istehsalı;

avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

sair nəqliyyat vasitələrinin istehsalı;

tütün məmulatlarının istehsalı;

sair sənaye məhsullarının istehsalı.

- Pərakəndə və topdan satış üzrə:

- yanacaqdoldurma məntəqələri.

- Məişət xidmətləri üzrə:

məişət tullantılarının yığılması və utilizasiyası.

- Kütləvi informasiya vasitələri.

- Təhsil müəssisələrinin fəaliyyəti.

- Fəaliyyətinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət.

Həmin n sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.


Oxunma sayı: 4489

Oxşar yazılar