Ermənilərin atdığı mərmilər nəticəsində mülki obyektlərdə yanğın olub

  • 17:28 - 28 Sentyabr

Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, nəticədə, yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir.

Bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb.


Oxunma sayı: 3136

Oxşar yazılar