Dağlıq Qarabağı boşaltmağa hazırlaşırıq – Ermənistanın Rusiyadakı səfiri

  • 17:16 - 28 Sentyabr

Ermənistan regionda vəziyyətin pisləşməyə davam etməsi halında Dağlıq Qarabağdan erməniləri çıxaracaq. 

Avropa.info xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bu sözləri bu gün "Danışır Moskva" radiostansiyasının efirində deyib.

Erməni səfir bu addımın "uşaqlar və qadınları qorumaq" üçün olduğunu iddia edib. 

Qeyd edək ki, Ermənistanın dünən Naftalanı atəşə tutması nəticəsində içində uşaqlar və qadının da olduğu bir ailədən 5 nəfər şəhid olub. Bu gün isə ermənilərin atəşi nəticəsində 2 azyaşlı məktəbli şəhid olub.


Oxunma sayı: 10880

Oxşar yazılar