"Artıq hesab vaxtı gəldi, Qarabağ işğaldan azad olunmalıdır" - Ərdoğandan bütün dünyaya açıq mesaj

  • 16:17 - 28 Sentyabr

"Dünən Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha şiddətlə qınayıram." 

Avropa.info xəbər verir ki, bunu "Beynəlxalq Dəniz Hüququ və Şərqi Aralıq dənizi Simpozyumu"nda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, Türkiyənin bütün imkanları ilə qardaş Azərbaycanın yanında olmağı davam etdirəcəyini bildirib.  

"Bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan krizə artıq son verilməsinin vaxtı gəlmişdir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi ilə bölgə hüzura, sülhə qovuşacaq. Bundan başqa bütün tələb və təhdidlər bölgədəki vəziyyətin haqsız, hüquqsuz olması ilə bitməyəcək, həm də Ermənistanı qudurdacaqdır. Yaşanan proseslər dünyaya Azərbaycanın haqq səsini dinləmək üçün bir fürsətdir. Bu fürsətin ən yaxşı bir şəkildə dəyərləndirilməsini istəyirik. ATƏT-in Minsk qrupu 30 ildir bu məsələni həll etməmək üçün əlindən gələni edib. İndi isə ağıl verməyə çalışırlar, zaman-zaman da təhdid edirlər.Nədir bu təhdid? Türkiyə Qarabağdadırmı? Türk əsgəri oradadırmı?  Bunu söyləyənlər bizim cənub sərhədlərimizə, terrorçulara minlərcə TIR silah daşıyanlardır. Bunu söyləyənlər Suriyanın şimalını işğal edib, orada hərbi bazalar quranlardır. Bunlar indi gəlib "Türkiyənin burada əsgəri varmı, Türkiyə Azərbaycana silah verirmi" soruşurlar.Məntiqə, ağıla bax. Sanki İlham Əliyev qardaşımız bunlara hesab verəcəkmiş. İlham Əliyev illərdir "bu problemi həll edək" deyir. 

İşğala uğrayan kimin torpaqlarıdır? Azərbaycanın torpaqları. Bunu hamınız qəbul edirsiniz. Bu torpaqlardan 1 milyondan çox qardaşımız qaçqın düşüb. Bunun hesabını soruşan yoxdur. İşğalçı isə ortadadır. Artıq hesab vaxtı gəldi, Azərbaycan öz göbəyini özü kəsəcək" - Ərdoğan belə deyib.

Avropa.info


Oxunma sayı: 21462

Oxşar yazılar