Erməni komandirlər cəbhəyə göndərməyə əsgər tapmırlar

  • 16:34 - 28 Sentyabr

Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əks-həmlə əməliyyatı nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikaları məhv edilib.

Avropa.info xəbər verir ki, düşmən tərəfin bu dəqiqəyə qədər ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var.

Ermənilərin Azərbaycan ordusu ilə toqquşmalarda verdiyi ağır itkilər Dağlıq Qarabağ və ətraf rayonlar üzrə müxtəlif postlar və mövqelərdə hərbçi çatışmazlığına səbəb olub.

Elə bu səbəbdən Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan gənclərə müraciət edərək könüllü olmaq istəyənlərin hərbi komissarlıqlara gəlməsini istəyib.

Qeyd edək ki, Ermənistan rəhbərliyinin gənclərə müraciəti əslində ordunun şəxsi heyətində böyük boşluqların yarandığını göstərir. İşğal altında olan ərazilərdən könüllü çıxmaq istəməyən erməni tərəfi döyüşməyə də əsgər tapmadığı təqdirdə insanlara yalvararaq komissarlıqlara üz tutmalarını gözləyir.


Oxunma sayı: 3609

Oxşar yazılar