Tiflisdə Azərbaycana dəstək aksiyası başlayıb – Foto

  • 15:32 - 28 Sentyabr

Tiflisdə Azərbaycana dəstək aksiyası başlayıb.

Avropa.info "report"a istinadən xəbər verir ki, aksiya Heydər Əliyev adına parkda keçirilir.

Aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutublar.

Onlar hərbi vətənpərvərlik musiqi və mahnıların sədaları altında Azərbaycan dövləti və ordusuna, əsgərinə dəstək və “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına son!", "Biz səninləyik, Azərbaycan!" şüarları səsləndirirlər.

Təşkilatçılar bildiriblər ki, Gürüstan azərbaycanlıları Azərbaycanı haqq işində dəstəkləyirlər. Onların sözlərinə görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları və kəndlərin erməni işğalından azad olunması barədə xəbərləri böyük sevinclə qarşılayıblar.

 

 

 

 


Oxunma sayı: 3939

Oxşar yazılar