Kremldən son dəqiqə Qarabağ açıqlaması

  • 14:50 - 28 Sentyabr

Moskva Dağlıq Qarabağdakı hərbi əməliyyatların dərhal dayandırılmasına və prosesləri siyasi və diplomatik kanallara keçirməyə çağırır.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın təmas xəttindəki vəziyyət Rusiya və digər ölkələr üçün "ciddi narahatlığa səbəb olub".

"Xarici İşlər Naziri Lavrov vəziyyətin kəskinləşməsindən sonrakı ilk saatlardan etibarən İrəvan və Bakıdan olan həmkarları ilə əlaqə qurdu. Bundan əlavə, erməni tərəfinin təşəbbüsü ilə Putin dünən Ermənistan baş naziri ilə danışdı" – Peskov deyib.

Kreml Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsini hər hansı tərəfin Rusiyaya qarşı məqsədyönlü təxribatı sayırmı?” - sualına Peskov mənfi cavab verib.


Oxunma sayı: 7162

Oxşar yazılar