"Bütün Müdafiə Sənaye imkanlarımız qardaş Azərbaycanın ixtiyarındadır” – Türkiyədən rəsmi açıqlama

  • 13:30 - 28 Sentyabr

Türkiyə müdafiə sənayesi başçısı İsmayıl Dəmir qonağı olduğu televiziya proqramında Qarabağda gedən hərbi əməliyyatlarla bağlı vacib açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Türkiyə müdafiə sənayesinin bütün vasitələrinin qardaş ölkə Azərbaycanın sərəncamında olduğunu bildirən Dəmir, Ermənistanın təcavüzkar siyasət apardığını və tamamilə haqsız olduğunu deyib.

Türkiyənin bu məsələdə çox açıq mövqeyinin olduğunu qeyd edən Dəmir, " “Müəssisələrimiz  qardaşımız Azərbaycanın müdafiə sənayesinin ixtiyarındadır" deyib:

“Hər mənada, hər məsələdə onlarla birlikdə olacağıq. Digər tərəfdən, Ermənistan tamamilə haqsız vəziyyətdədir. İki tərəf eyni olsa belə təcavüzkar tərəfin kim olması açıqdır. Bu məsələ ilə bağlı mövqeyimiz çox qətidir. Türkiyənin nə imkanları varsa,  qardaş Azərbaycanın yanındadır”. 


Oxunma sayı: 8999

Oxşar yazılar