ATƏT-in Minsk qrupunun həmsədri Rusiyadan Qarabağ açıqlaması

  • 13:19 - 28 Sentyabr

 Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bazar günündən etibarən Dağlıq Qarabağda gərginləşən vəziyyətlə bağlı bütün tərəflər ilə dialoqu aparmaq niyyətindədir.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya XİN başçısı müavini Andrey Rudenko danışıb.

“O, ki qaldı danışıqlara Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bu prosesdə 1991-ci ildən iştirak edir. Biz bütün tərəfdaşlarla əlaqə saxlamağı davam etdirəcəyik. Dünən Minsk Qrupu həmsədrinin bir bəyanatı var idi. Biz də erkən atəşkəs və bütün tərəflərin bu böhranın sülh yolu ilə həllinə alternativ olmadığını təsdiqləməsini tələb etdik" - o, deyib.


Oxunma sayı: 4555

Oxşar yazılar