“Silah üçün Rusiyaya müraciət edəcəyik” – Erməni səfir

  • 11:54 - 28 Sentyabr

“İrəvan lazım gələrsə, rus silahlarının yeni tədarükü üçün Moskvaya üz tutmağa hazırdır, lakin bu günə qədər bu barədə heç bir danışıq getməyib”.

Avropa.info xəbər verir ki, bu sözləri Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RİA Novosti-yə açıqlamasında deyib. 

O dünən əvvəl baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə, sonra xarici işlər naziri Zohrab Mnatsakanyanın həmkarı Sergey Lavrovla “vəziyyəti onlara çatdırmaq, Ermənistan hökumətinin baxışını təqdim etmək və atılacaq addımlar, ordunun planları” barədə telefon danışığı apardığını xatırladıb.

"İndiyə qədər Ermənistana xarici hərbi yardımdan söhbət getməyib" – o, deyib.

Səfir İrəvan və Moskvanın müttəfiq olduqlarını, müvafiq öhdəliklərə sahib olduqlarını vurğulayıb:

"Hərbi-texniki əməkdaşlığımız inkişaf edir, silah tədarükü ilə bağlı razılaşmaların icrası normal davam edir. Bu gün vəziyyət dəyişir, indi üçüncü tərəf var - Türkiyə. Lazım gələrsə, təbii ki, məsələləri həll etmək üçün silah üçün müraciət edəcəyik. İlk növbədə Rusiyaya" – Toqanyan deyib. 


Oxunma sayı: 5732

Oxşar yazılar