Moldova prezidentindən Qarabağ çağırışı

  • 10:51 - 28 Sentyabr

Moldova prezidenti İqor Dodon Azərbaycan və Ermənistan rəhbərliyinə atəşin dayandırılması üçün müraciət edib.

Avropa.info xəbər verir ki, o, bu barədə bu gün keçirdiyi brifinqdə danışıb.

"Qarabağda Azərbaycanla Ermənistan arasında baş verənlərdən narahatlıq duyuruq. Hər iki ölkə Moldovaya dostdur, ən yüksək səviyyədə də daxil olmaqla yaxşı təmaslarımız var. Atəşi dayandırmağa çağırırıq, sakitliyə və sülhə çağırırıq" – o, deyib.

Dodon Moldovada yaşayan erməni və azərbaycanlı diasporların nümayəndələrinə ayrıca olaraq müraciət edib.

"Biz bir çox millətin sülh içində yaşadığı bir dövlətik, buna görə hamını sakit olmağa çağırıram. Vəziyyətin asan olmadığını başa düşürük, çox emosiya var, ancaq sizə - əziz vətəndaşlar, azərbaycanlılar və ermənilərə müraciət edirəm - bu münaqişəni Moldova ərazisinə köçürməyin, biz sakit olmalıyıq - etirazlar olmadan və sabitliyi pozmadan “ – o, deyib. 


Oxunma sayı: 5435

Oxşar yazılar