Son dəqiqə: Ordumuzun daha bir zəfəri: Talış kəndi ətrafındakı yüksəkliklər düşməndən təmizləndi – Düşmən xeyli itki verib (Video)

  • 09:46 - 28 Sentyabr

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.


Oxunma sayı: 15093

Oxşar yazılar