Pakistanın baş nazirindən Azərbaycana dəstək mesajı : "Qardaş Azərbaycanın yanındayıq" (FOTO)

  • 02:25 - 28 Sentyabr

Pakistan baş naziri İmran Xan Azərbaycanı dəstəklədiklərini açıqlayıb. 

Avropa.info xəbər verir ki, İmran Xan sosial media hesabından etdiyi açıqlamada, Ermənistanın Azərbaycana hücumlarını pisləyib. 

"Pakistan qardaş ölkə Azərbaycanın yanındadır və Azərbaycanın məşru müdafiə haqqını dəstəkləyir. Dağlıq Qarabağla bağlı BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilən bir neçə qərarına uyğun olaraq Azərbaycanın mövqeyini dəstəkləyirik" - İmran Xan belə sosial media hesabında belə yazıb.


Oxunma sayı: 8988

Oxşar yazılar