"Onlar Ermənistandan piyada olaraq istifadə edirlər, lakin Azərbaycan yalnız deyil" - ŞKTC baş naziri

  • 00:24 - 28 Sentyabr

“Ermənistanın qardaş Azərbaycana qarşı yönəlmiş hücumlarını şiddətlə qınayır, şəhidlərimizə Allahdan rəhmət, yaralılara acil şəfa diləyirik."

Avropa.info xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar deyib.  Tatar, Ermənistanın Azərbaycana hücuma etməsi ilə bağlı facebook hesabından Azərbaycana dəstəyini ifadə edib.

“Ermənistanın qardaş Azərbaycana qarşı yönəlmiş hücumlarını şiddətlə qınayır, şəhidlərimizə Allahdan rəhmət, yaralılara acil şəfa diləyirik. Bəllidir ki, kimsə bölgə ilə bağlı əməllərini reallaşdırmaq xəyalı ilə Ermənistanı piyada olaraq istifadə edir. Ancaq bu bilinsin ki, Azərbaycan əsla yalnız deyil. Ermənistan və onu təcavüzə təşviq edənlər xəyallarına qovuşmayacaqlar”, - baş nazir bildirib.


Oxunma sayı: 3763

Oxşar yazılar